...

Lüksemburqda Dağlıq Qarabağ münaqişəsi müzakirə obyekti olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2013 02:31 (UTC +04:00)
Lüksemburqda Ukrayna xarici işlər naziri, ATƏT sədrinin xidməti səlahiyyətlərinin icraçısı Leonod Kojaranın, hazırda Avropa Birliyi sədrliyini həyata keçirən Litvanın xarici işlər naziri Linas Linkyaviçusun iştirakı ilə ATƏT "üçlüyünün" Aİ ölkələrinin nazirlər səviyyəsində görüşü keçirilib.
Lüksemburqda Dağlıq Qarabağ münaqişəsi müzakirə obyekti olub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Lüksemburqda Ukrayna xarici işlər naziri, ATƏT sədrinin xidməti səlahiyyətlərinin icraçısı Leonod Kojaranın, hazırda Avropa Birliyi sədrliyini həyata keçirən Litvanın xarici işlər naziri Linas Linkyaviçusun iştirakı ilə ATƏT "üçlüyünün" Aİ ölkələrinin nazirlər səviyyəsində görüşü keçirilib.

Trend-in ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşün əsas məqsədi Aİ ilə ATƏT arasında regional təhlükəsizlik məsələləri üzrə siyasi dialoqun yüksək səviyyədə dəstəklənməsi olub.

Görüş iştirakçıları, həmçinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin axtarışına, habelə münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun qurulmasına yönəlik səylərinə öz dəstəyini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti