...

ATƏT MQ Olimpiya barışığı dövründə azərbaycanlı əsgərin ölümündən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2014 10:29 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik Olimpiada zamanı barışıq dövründə azərbaycanlı əsgərin həlak olması ilə bağlı narahatlığını ifadə edib.
ATƏT MQ Olimpiya barışığı dövründə azərbaycanlı əsgərin ölümündən narahatdır

Azərbaycan, Bakı, 8 fevral /Trend/

ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik Olimpiada zamanı barışıq dövründə azərbaycanlı əsgərin həlak olması ilə bağlı narahatlığını ifadə edib. Trend-in məlumatına görə, bu barədə amerikalı diplomat özünün "Twitter" sosial şəbəkəsindəki rəsmi akkauntunda yazıb.

Uorlik yazır: "Qoşunların təmas xəttində azərbaycanlı əsgərin ölümü ilə bağlı KİV-də məlumat var. Olimpiya barışığı ilə nə baş verir?"

Bir az əvvəl Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilmişdi ki, erməni silahlı bölmələrinin atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutması nəticəsində Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu düşmən tərəfindən açılan snayper atəşindən şəhid olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti