...

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 24 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2014 09:38 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 24 dəfə pozulub

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti