...

ATƏT-in təmas xəttində keçirilən monitorinqi insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2014 13:21 (UTC +04:00)
ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinqi baş tutub.
ATƏT-in təmas xəttində keçirilən monitorinqi insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinqi baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 2-də Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Piter Svedberq keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti