...

Azərbaycan XİN: ABŞ-ın missiyası neytral broker olmaqdan ibarətdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2014 15:26 (UTC +04:00)
ABŞ-ın missiyası neytral broker olmaqdan və hər şeyi öz adı ilə çağırmaqdan ibarətdir. Bunu şənbə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
Azərbaycan XİN: ABŞ-ın missiyası neytral broker olmaqdan ibarətdir

Azərbaycan, Bakı, 3 may /Trend/

ABŞ-ın missiyası neytral broker olmaqdan və hər şeyi öz adı ilə çağırmaqdan ibarətdir. Bunu şənbə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

E.Abdullayev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Amerika Erməni Milli Komitəsinin (ANCA) nümayəndələri ilə görüşünü şərh edərkən bildirib: "ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə öz vasitəçilik missiyasını yerinə yetirərkən faktlara əsaslanmalı və faktlarla işləməli, hər şeyi öz adı ilə çağırmalıdır".

XİN rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə dair faktlar bütün dünya ictimaiyyətinə məlumdur: "Bu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirilməsidir.

Məlum olduğu kimi, beynəlxalq təşkilatların qətnamələri Ermənistanı işğalçılıq siyasətinə görə ittiham edir. Lakin təəssüf ki, Ermənistan beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlərə və qərarlara məhəl qoymayaraq öz işğalçılıq siyasətini davam etdirir".

E.Abdullayev ümid etdiyini bildirib ki, ABŞ erməni lobbisinin şantaj və təzyiqlərinin qarşısında dura biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti