...

Ziyafət Əsgərov: Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü Ordusu həll edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2014 14:00 (UTC +04:00)
"Biz o fikirdəyik ki, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü Ordusu həll edəcək".
Ziyafət Əsgərov: Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü Ordusu həll edəcək

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/

"Biz o fikirdəyik ki, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü Ordusu həll edəcək". Trend xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Әsgərov deyib.

Z.Əsgərov təəssüflə bildirib ki, münaqişənin həlli ilə əlaqədar yaradılan Minsk qrupunun fəaliyyəti keçən illər ərzində heç bir nəticə verməyib: "Minsk qrupuna daxil olan ölkələrin səfirləri Azərbaycana gəldilər, bəyanat verdilər, hətta dedilər indi vaxtdır, bu münaqişəni həll etmək lazımdır. Amma çox təəssüf edirəm ki, Minsk qrupu üzvlərinin hər iki ölkəyə səfəri heç nəyi həll etmədi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti