...

Erməni silahlıları atəşkəsi 46 dəfə pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2014 17:32 (UTC +04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.
Erməni silahlıları atəşkəsi 46 dəfə pozublar

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti