...

Tbilisidəki Suxumi Dövlət Universitetində Qarabağ problemi ilə bağlı guşə açılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2014 10:20 (UTC +04:00)
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) həyata keçirdiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması” layihəsi çərçivəsində Tbilisidəki Suxumi Dövlət Universitetində “Cənubi Qafqazda etnik münaqişələr” adlı informasiya guşəsi yaradılıb.
Tbilisidəki Suxumi Dövlət Universitetində Qarabağ problemi ilə bağlı guşə açılıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İzzət/

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) həyata keçirdiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması" layihəsi çərçivəsində Tbilisidəki Suxumi Dövlət Universitetində "Cənubi Qafqazda etnik münaqişələr" adlı informasiya guşəsi yaradılıb.

QAFSAM-dan Trend-ə bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, onun beynəlxalq təşkilatların qəsbkarlıq siyasətindən əl çəkməyə çağıran qərar və qətnamələrinə əhəmiyyət vermədiyini, beynəlxalq hüquq normalarını kobud surətdə pozduğunu diqqətə çatdırıb.

Diplomat rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prinsipinə sadiqliyini və bu istiqamətdə məqsədyönlü siyasət yürüdüldüyünü qeyd edib. O, Azərbaycan diplomatiyasının son illər qazandığı uğurlardan da danışıb.

Suxumi Dövlət Universitetinin prorektoru İndira Dzaqania guşənin yaradılmasının təqdirəlayiq olduğunu bildirib və onun məhz bu universitetdə açılmasına görə təşkilatçılara minnətdarlıq edib.

İ.Dzaqania separatçı qüvvələrin Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünə qəsdlərinin uzun çəkməyəcəyinə, hər iki ölkənin ərazi bütövlüyünün tezliklə bərpa olunacağına əminliyini qeyd edib.

Tədbidə çıxış edən Suxumi Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, professor Zurab Napaskiri, Suxumi Dövlət Universitetinin professorları Quram Marxulia, Madlena Oçiqava, Qaradəniz Universitetinin professoru İlyas Üstünyar və başqaları guşənin Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasında mühüm rol oynayacağını bildirib, dünyada informasiya müharibəsinin getdiyi bir zamanda belə layihələrin vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti