...

Joze Manuel Barrozu: Status-kvo uzun müddət davam edə bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2014 16:37 (UTC +04:00)
Status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq ictimaiyyət əlindən gələni etməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər əsasında həllinə nail olunsun.
Joze Manuel Barrozu: Status-kvo uzun müddət davam edə bilməz

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Mehdiyev/

Status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq ictimaiyyət əlindən gələni etməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər əsasında həllinə nail olunsun. Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ADA Universitetində "Avropa İttifaqı-Azərbaycan: Yeni imkanlar və çağırışlar" mövzusunda mühazirəsi zamanı deyib.

J.M.Barrozu vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün ağrılı məsələdir.

O, bildirib ki, atəşkəs sazişinin əldə olunmasından 20 il keçsə də, hələ də sülh əldə olunmayıb.

J.M.Barrozu əlavə edib ki, Aİ tərəflər arasında sülhə nail olunmasını istəyir və Minsk qrupunun bu istiqamətdə fəaliyyətini dəstəkləyir.

Avropa İttifaqının Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşdığını deyən J.M.Barrozu tərəfdaşlığın sülh və rifaha əsaslandığını qeyd edib.

J.M.Barrozu, həmçinin Dalıq Qarabağ münaqişəsinin həll olunmamasına görə Aİ-nin günahlandırılmasını düzgün hesab etmədiyini vurğulayıb. O qeyd edib ki, bu münaqişə Aİ tərəfindən deyil, digər qüvvələr tərəfindən yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti