...

Klod Salhani: Dağlıq Qarabağ - izah axtarırıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2014 16:09 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gərginliyin eskalasiyası iyulun 31-də başlayıb və qoşunların təmas xətti boyunca döyüşlər indiyədək davam edir.
Klod Salhani: Dağlıq Qarabağ - izah axtarırıq

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Klod Salhani, Trend-in İngilis xəbərlər xidmətinin baş redaktoru

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gərginliyin eskalasiyası iyulun 31-də başlayıb və qoşunların təmas xətti boyunca döyüşlər indiyədək davam edir. Zorakılığın artdığı bu dövr ərzində 1994-cü ildə atəşkəs rejimi haqqında sazişin imzalanmasından bəri baş vermiş istənilən belə insidentlə müqayisədə daha çox insan öldü və ya yaralandı.

Bir çox müşahidəçini bir sual düşündürür: Ermənistan və Azərbaycan arasında yeni müharibə mümkündürmü?

Dünyanın bu hissəsi ilə bağlı proqnoz vermək çətindir və heç bir politoloq mövcud reallıqlarda vəziyyətin kəskin dəyişməsi ilə əlaqədar proqnoz verməyə risk etməz.

Bəzi beynəlxalq müşahidəçilər hesab edirlər ki, hazırda iki ölkə arasında müharibə az ehtimal olunur, çünki Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır.

Azərbaycan hərbi baxımdan güclüdür və daha yaxşı maliyyə vəziyyətinə malikdir. Buna görə də əgər müharibə olarsa, Azərbaycan qoşunları hazırda rəqiblərini asanlıqla məğlub edə bilərlər. Lakin Ermənistan ilə mübarizəni seçmək Rusiya ilə mübarizəni seçmək anlamına gələcək. Bununla belə, Bakı nə qədər hazır olsa da, çətin ki, bu cür seçim etsin.

ABŞ-ın "Stratfor" kəşfiyyat-analitik şirkəti avqustun 5-də dərc edilmiş məruzəsində qeyd edib ki, bu dinamika son bir neçə il ərzində münaqişəni dondurulmuş vəziyyətdə saxlayıb və Rusiya digər fəaliyyətlərlə yanaşı, hər iki ölkəyə silah tədarük etməklə bu balansı saxlayıb.

Son günlər və həftələr qeyd etdiyimiz kimi, cavabsız qalan bir sıra suallar var. Bunlardan biri: niyə indi? Və niyə bu cür intensivliklə?
Məruzədə vurğulanır ki, iki ölkə arasında atışma ötən həftə başlayıb və son 20 il ərzində demək olar fasiləsiz davam edir.

Təmas xətti adlandırılan iki ölkə arasındakı bölgü xətti boyunca atışmalar vaxtaşırı baş verir. Ötən il 19, 2012-ci ildə ildə isə 35 nəfər ölmüşdü.

Məruzədə deyilir: "Bəziləri bildirir ki, Rusiya Bakını Avsrasiya İttifaqına qoşmağa inandırmaq üçün vəziyyətdən istifadə edir və ya ola bilsin ki, Rusiya Prezidenti Vladimir Putin uzun illərdir davam edən bu münaqişəni həll etmiş insan olmaq istəyir. Ermənistan isə çəkinir ki, Rusiya-Azərbaycan ittifaqı onları heç nəsiz qoya bilər".

"Stratfor"un analitikləri hesab edirlər ki, bu hadisə məqsədyönlü siyasi fəaliyyət deyil, sadəcə vəziyyət hər iki tərəfin nəzarətindən çıxıb. Amerikada deyildiyi kimi: "hər şey ola bilər".

İndiki atışma və gərginliyin qəflətən artması əvvəlki vəziyyətdən nə ilə fərqlənir? Buna bir çox səbəb göstərilir. Lakin bunların hamısı fərziyyədir. Lakin digər bir reallıq var - bu, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin həftənin sonunda Soçidə görüşməsidir.

Çox güman ki, görüşün yekunu üzrə vəziyyət aydınlaşacaq və vəziyyətin gərginləşməsinin qəsdən baş verməsi və ya bunun son illərin növbəti toqquşması olması üzə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti