...

Müdafiə Nazirliyi: Tovuzda ermənilərin kəşfiyyat-diversiya qrupunun 4 üzvü məhv edilib, biri isə tutulub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2014 16:36 (UTC +04:00)
Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.
Müdafiə Nazirliyi: Tovuzda ermənilərin kəşfiyyat-diversiya qrupunun 4 üzvü məhv edilib, biri isə tutulub (FOTO)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İlkin İzzət/

Bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü - Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub.

Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti