...

Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa çağırıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2014 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Rusiya və ABŞ-ın Ermənistandakı səfirləri İvan Volınkin və Con Heffern, həmçinin Fransanın müvəqqəti işlər vəkili İzabel Ginel cümə axşamı Ermənistan Prezidenti Administrasiyasının rəhbəri Vigen Sarkisyanla görüşüblər.

Trend-in ARKA-ya istinadən verdiyi məlumata görə, V.Sarkisyan Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki mövcud vəziyyətlə bağlı səfirlərə məlumat verib.

Məlumatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirləri tərəfləri təmkinli olmağa və gərginliyi azaltmağa çağırıblar. Onlar ümid edirlər ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə keçiriləcək görüşü münaqişənin sülh yolu ilə nizamlanmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti