...

BQXK nümayəndələri ermənilər tərəfindən saxlanılan Azərbaycan vətəndaşına baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2014 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçılar tərəfindən saxlanılan Azərbaycan vətəndaşına baş çəkiblər.

Trend Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə BQXK-nın Yerevan nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri dünən axşam Azərbaycan vətəndaşını saxlayıblar.

Ermənistan KİV-in yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Cavid Samir oğlu Məmmədov sentyabrın 5-də axşam saat 18:10 radələrində Ermənistan silahlıları tərəfindən cəbhə xəttində saxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə faktı təsdiqləyərək bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti