...

"CNN Türk" kanalı səhvini düzəltdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2014 11:01 (UTC +04:00)
"CNN Türk" telekanalı Azərbaycan hərbçiləri tərəfindən vurulan Ermənistan helikopterinin qondarma “Dağlıq Qarabağ ordusu"na məxsus olması və Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etməsi ilə bağlı səhvini düzəldib.
"CNN Türk" kanalı səhvini düzəltdi

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"CNN Türk" telekanalı Azərbaycan hərbçiləri tərəfindən vurulan Ermənistan helikopterinin qondarma "Dağlıq Qarabağ ordusu"na məxsus olması və Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etməsi ilə bağlı səhvini düzəldib.

Trend-in məlumatına görə, ötən gün belə səhvə yol verilən reportajın yayımlanmasından sonra Azərbaycan tərəfinin etirazı ilə qarşılaşan "CNN Türk" telekanalı helikopterin vurulması ilə bağlı daha bir reportaj hazırlayaraq səhvini düzəldib.

Beləki, yeni reportajda vurulan helikopterin qondarma "Dağlıq Qarabağ ordusu"na deyil, Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus olduğu bildirilir.

Qeyd edək ki, ötən gün "CNN Türk" telekanalı reportajda Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti