...

Rəbiyyət Aslanova: Dağlıq Qarabağ münaqişəsinə qarşı biganəliyə görə məsuliyyət daşınmasının vaxtı gəlib çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2014 13:38 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinə qarşı laqeydlik və biganəliyə görə məsuliyyət hissi daşınmasının vaxtı gəlib çatıb.
Rəbiyyət Aslanova: Dağlıq Qarabağ münaqişəsinə qarşı biganəliyə görə məsuliyyət daşınmasının vaxtı gəlib çatıb

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Dağlıq Qarabağ münaqişəsinə qarşı laqeydlik və biganəliyə görə məsuliyyət hissi daşınmasının vaxtı gəlib çatıb. Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Bakıda "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın sessiyasında çıxışı zamanı bildirib.

Komitə sədrinin fikrincə, dünyada baş verən müharibə, qarşıdurma, ziddiyyətlərin əsas səbəbi ondan ibarətdir ki, insanlar birgə varlıqları üçün birgə məsuliyyət hissi yaşamırlar. Dünyanın hər hansı bir yerində baş verən münaqişəyə laqeydlik, biganəlik nümayiş etdirilməsi onun davamlı olmasına gətirib çıxarır.

R.Aslanova qeyd edib ki, Azərbaycan bunu öz təcrübəsində görür: "Bu gün beynəlxalq ictimaiyyətin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə olan biganə münasibəti bizi əsəbiləşdirir, bizdə bu qeyri-obyektivliyin nümayişinə qarşı etiraz yaradır. Bu həqiqətin dərk olunması, buna görə məsuliyyət daşınması, birgə fəaliyyət hissinin formalaşmasının vaxtı gəlib çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti