...

Ceyms Uorlik çağırış etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2014 11:01 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycanın işğal edilmiş ərazisində vurulmuş Ermənistanın hərbi helikopteri ilə bağlı çağırış edib.
Ceyms Uorlik çağırış etdi

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycanın işğal edilmiş ərazisində vurulmuş Ermənistanın hərbi helikopteri ilə bağlı çağırış edib.

Trend-in məlumatına görə, C.Uorlik öz "Twitter" səhifəsində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində hərbi gərginliyin artması vurulmuş helikopterin ekipaj üzvlərinin cəsədlərini götürməyə kömək etməyəcək: "Biz tərəfləri dialoq və diplomatiyadan istifadə etməyə çağırırıq"

Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti