...

XİN: Cəbhədəki gərginlik Ermənistanın "Böyük sülh sazişi"nə mane olmaq siyasətinin bariz nümunəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Yanvar 2015 16:46 (UTC +04:00)
Cəbhəboyu zonada yaranan son gərginlik Ermənistanın təxribatçı əməlləri ilə hər vəchlə “Böyük sülh sazişi” üzrə işə başlamağa mane olmaq siyasətinin bariz nümunəsidir.
XİN: Cəbhədəki gərginlik Ermənistanın "Böyük sülh sazişi"nə mane olmaq siyasətinin bariz nümunəsidir

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

Cəbhəboyu zonada yaranan son gərginlik Ermənistanın təxribatçı əməlləri ilə hər vəchlə "Böyük sülh sazişi" üzrə işə başlamağa mane olmaq siyasətinin bariz nümunəsidir.

Bunu Trend-ə açıqlamasında ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin cəbhə xəttində yaranmış gərginliklə əlaqədar söylədiklərini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir: "ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi, tərəflər sülh sazişi üzrə danışıqlarda iştirak etməlidirlər. Amma təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə "Böyük sülh sazişi" üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhəboyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir".

H.Hacıyev qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur. Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti