...

Müdafiə Nazirliyi: Ermənistan rəhbərliyindəkilər sanki başqa planetdən gəliblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Fevral 2015 17:17 (UTC +04:00)
Ermənistan tərəfinin Azərbaycan kəndlərini atəşə tutmasını təkzib etməsi, bundan əlavə, bunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən edildiyini iddia etməsi onların məsuliyyətdən yayınmağa çalışdığının göstəricisidir.
Müdafiə Nazirliyi: Ermənistan rəhbərliyindəkilər sanki başqa planetdən gəliblər

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

Ermənistan tərəfinin Azərbaycan kəndlərini atəşə tutmasını təkzib etməsi, bundan əlavə, bunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən edildiyini iddia etməsi onların məsuliyyətdən yayınmağa çalışdığının göstəricisidir. Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlının sözlərinə görə, erməni tərəfi yalnız uydurma ilə məşğuldur. Lakin bu, onlarda nəinki heç də yaxşı alınmır, hətta artıq biabırçı forma alır: "Onlar həmişə öz etdiklərini başqalarının üstünü atmaqla məşğuldurlar. Ermənistanın pilotsuz kəşfiyyat təyyarəsi vuruldu, boyunlarına almadılar. Bir neçə gün əvvəl 6 erməni minada partlayıb öldü, dedilər ki, bununla bağlı yayılan məlumatlar gülməlidir, onların kimliyindən xəbərimiz yoxdur. İndi də deyirlər ki, azərbaycanlılar özləri öz kəndlərini atəşə tuturlar. Bu, absurddur. Hərdən adama elə gəlir ki, Ermənistan rəhbərliyində oturanlar humanoiddirlər, yəni elə bil başqa planetdən gəliblər. Onlar bununla məsuliyyətdən yayınır, yalan danışır, itkilərini erməni ictimaiyyətindən gizlədirlər. Çünki bilirlər ki, Ermənistan cəmiyyəti əsl həqiqəti bilsə, onlar üçün heç də yaxşı olmayacaq".

Qeyd edək ki, erməni KİV-lərinin yazdığına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, Azərbaycan Silahlı Qüvvələri öz kəndlərini atəşə tutmaqla növbəti təxribat hazırlayır. Onun sözlərinə görə, fevralın 4-də Ermənistan vaxtı ilə saat 22:40-dan etibarən Ermənistanın Tavuş rayonunun Baqanis və Şavarşavan kəndlərinin qarşı tərəfində, Azərbaycan tərəfindəki mövqelərdən Paraxlı kəndi intensiv atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti