...

Azərbaycan və Finlandiya Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2015 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Finlandiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Krister Mikelsonun Azərbaycana səfəri zamanı Bakı və Helsinki regiondakı vəziyyəti müzakirə edəcəklər. Bunu Trend-ə telefonla Finlandiya XİN-in mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən qeyd ediblər ki, Azərbaycana səfər fevralın 25-27-də baş tutacaq.

Finlandiya XİN-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.

Tərəflərin regiondakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsini, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti