...

AŞ PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabat hazırlanacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2015 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, O.Əsədov Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qərarlara Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

R.Uolter Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə son dövrlərdəki gərginliyi nəzərə alaraq hesabat tərtib etməli olduğunu söyləyib. Bildirib ki, hesabatda, eyni zamanda, son 20 ildə baş verən proseslər, problemin hələ də həll olunmamasının səbəbləri və münaqişə nəticəsində qaçqın və məcbur köçkün vəziyyətinə düşmüş insanların vəziyyəti öz əksini tapacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti