Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/
ABŞ Senatı tərəfindən Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı ayrılması haqqında məlumat yanlışdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O, qeyd edib: "Orada yardım "victims to Nagorno Karabagh conflict" adı ilə ayrılıb. Yəni kim münaqişənin qurbanı olubsa, hamısına yardım olunacaq. Yəni yardım azərbaycanlılara da veriləcək. Ona görə də uydurma xəbərə inanmayın. Yəni yardımın yalnız ermənilərə verilməsi başdan-ayağa yalandır. O sənəti oxusanız, görərsiniz ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım edəcək".