...

Zakir Həsənov AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisinə cəbhə xəttində gərginliyin artmasının səbəblərini açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2015 18:05 (UTC +04:00)
Müdafiə naziri Zakir Həsənov AŞPA-nın məruzəçisi ilə görüşüb.
Zakir Həsənov AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisinə cəbhə xəttində gərginliyin artmasının səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri Zakir Həsənov AŞPA-nın məruzəçisi ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi cənab Robert Uolterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində 20 ildən artıqdır ki, öz doğma yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri barədə ətraflı məlumat verib. General-polkovnik Zakir Həsənov beynəlxalq hüququn normaları və prinsiplərinin Ermənistan tərəfindən kobudcasına pozulduğunu vurğulayaraq qoşunların təmas xəttində gərginliyin artmasının səbəbləri barədə danışıb və qonaqları maraqlandıran bir sıra sualları cavablandırıb.

Münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə ilin əvvəlində Azərbaycana səfərini xatırladan cənab R.Uolterin vəziyyətlə yerində yaxından tanış olmaq üçün cəbhəboyu zonaya və xüsusilə təmas xəttinə səfər etmək xahişi də müsbət qarşılanıb.

Müdafiə naziri cənab R.Uolterin rəhbərlik etdiyi nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunmaqla təmas xəttinə səfəri, yerli əhali və şəxsi heyətlə görüşlərin keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti