...

Deputat: “Azərbaycan işğal faktı ilə barışmayacaq”

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2015 12:49 (UTC +04:00)
“Azərbaycan öz doğma torpaqlarının işğal olunması faktı ilə heç bir halda barışmayacaq”. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib.
Deputat: “Azərbaycan işğal faktı ilə barışmayacaq”

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, Azər Niftiyev/

"Azərbaycan öz doğma torpaqlarının işğal olunması faktı ilə heç bir halda barışmayacaq". Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, istər sülh, istərsə də müharibə variantında tarixi Azərbaycan torpaqlarının boşaldılması əsas şərtdir: "Əgər biz Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə çalışırıqsa, ilk növbədə Azərbaycan Ordusunu gücləndirməliyik. Çox sevindirici haldır ki, bu proses gedir və bundan sonra da davam etməlidir. Müharibə başlayarsa, Azərbaycan Ordusu öz doğma torpaqlarını işğaldan azad etməyə qadirdir".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində beynəlxalq birliyə bununla bağlı çox ciddi mesajlar verib: "Prezident çox düzgün vurğuladı ki, ordu quruculuğu daim diqqət mərkəzindədir. Azərbaycan Ordusu tam üstünlük əldə edib. Bu münaqişənin həllinin uzanmasına maraqlı olan qüvvələrə layiqli mesaj idi. Son müşavirədə həm ordu quruculuğu, həm də məmur özbaşınalığı ilə bağlı Prezident İlham Əliyev olduqca önəmli mesajlar verdi".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm mesajlar verib: "Ordu quruculuğu daim diqqət mərkəzindədir. Azərbaycan Ordusu tam üstünlük əldə edib, düşmənə sarsıdıcı zərbələr vurub. Azərbaycan Silahlı Qüvvələri ermənilərin böyük təxribatlarının qarşısını aldı, preventiv zərbələr vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti