...

“Qarabağ ukraynalı gənclərin gözü ilə”

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2016 12:20 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) hər il olduğu kimi bu ildə Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində tədbirləri davam etdirir.
“Qarabağ ukraynalı gənclərin gözü ilə”

Bakı. Trend:

Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) hər il olduğu kimi bu ildə Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində tədbirləri davam etdirir.

Biriliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən novbəti layihə Qarabağ probleminə ukraynalı gənclərin diqqətini cəlb etmək üçün nəzərdə tutulmuşdur.

"Qarabağ ukraynalı gənclərin gözü ilə" başlığı altında davam edən Layihənin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə ukraynalı gənclər vasitəsi ilə çatdırılmasıdır.

Layihə çərçivəsində Ukraynanın nüfuzlu universitetlərində elanlar yerləşdirlmiş və "Qarabağ ukraynalı gənclərin gözü ilə" devizi ilə elmi məqalələr müsabiqəsi elan olunmuşdur. Fevralın 1-dən start götürmüş layihə çərçivəsində məqalələrin qəbulu 10 mart tarixinə qədər davam edəcəkdir. Daha sonra layihə çərçivəsində toplanmış elmi məqalələrdən kitab çap olunaraq Ukraynanın nüfuzlu kitabxanalarına paylanılacaqdır. Qeyd edək ki, layihə çərçivəsində yazılmış ən yaxşı 3 elmi məqalə sahibinə qiymətli hədiyyə və pul mükafatı nəzərdə tutulmuşdur.

"Qarabağ ukraynalı gənclərin gözü ilə" layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Ukrayna Azərbaycanlı Gənclər Birliyi və "Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi Mərkəzinin təşkilatı köməyi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti