...

İcra başçısı: Erməni təxribatı nəticəsində Tərtərdə 3 nəfər öldürülüb, 6 nəfər yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 11:27 (UTC +04:00)
Aprelin 2-dən 5-dək erməni hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat zamanı Tərtər rayonunda 3 mülki şəxs həlak olub.
İcra başçısı: Erməni təxribatı nəticəsində Tərtərdə 3 nəfər öldürülüb, 6 nəfər yaralanıb

Bakı. Samir Əli - Trend:

Aprelin 2-dən 5-dək erməni hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat zamanı Tərtər rayonunda 3 mülki şəxs həlak olub.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, bu şəxslər ermənilərin kəndləri ağır artilleriya atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərdir: "Həlak olanlardan 2 nəfəri Tərtər, 1 nəfəri isə Gəncə şəhər sakinidir. Hadisə nəticəsində 6 nəfər Tərtər sakini isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan biri uşaq, ikisi isə qadındır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti