...

MN: Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini haubitsalardan atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2016 00:45 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.
MN: Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini haubitsalardan atəşə tutub

Bakı. Trend:

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.

Müdafiə Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ermənilər bu gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar.

Düşmənin susdurulması üçün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir .

Müdafiə Nazirliyi bildirir ki: "Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti