...

Səfir: "Ermənistanın Dağlıq Qarabağı tanıması" beynəlxalq hüququn pozulması anlamına gələcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2016 18:49 (UTC +04:00)
"Ermənistanın Dağlıq Qarabağı tanıması" bütün beynəlxalq hüquq prinsiplərinin, o cümlədən BMT TŞ-nin qətnamələrinin, AŞ PA-nın, Avropa Şurasının sənədlərinin pozulması anlamına gələcək.
Səfir: "Ermənistanın Dağlıq Qarabağı tanıması" beynəlxalq hüququn pozulması anlamına gələcək

Bakı. Trend:

"Ermənistanın Dağlıq Qarabağı tanıması" bütün beynəlxalq hüquq prinsiplərinin, o cümlədən BMT TŞ-nin qətnamələrinin, AŞ PA-nın, Avropa Şurasının sənədlərinin pozulması anlamına gələcək və ATƏT-in Minsk qrupunun çoxsaylı təkliflərinin üstündən xətt çəkəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Qovorit Moskva" radiostansiyasının efirində deyib.

Onun sözlərinə görə, həmsədrlər bu məsələ ilə bağlı fikirlərini bildirməlidirlər.

P.Bülbüloğlu qeyd edib ki, belə məsuliyyətsiz qərar qəbul edilsə, qərara görə bütün məsuliyyət və onun mənfi nəticələri Ermənistanın indiki deputatlarının və rəhbərliyinin çiyinlərinə düşəcək.

Səfir bildirib: "Biz məsələnin sülh yolu ilə həllinə hazırıq. Lakin sülh yolu ilə həll edilməsə, hərbi yolla həll edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti