...

İtaliyanın "L`Opinione" qəzetində Ermənistanın hakim kriminal rejiminin Azərbaycana qarşı təcavüz siyasətini ifşa edən məqalə dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2016 17:07 (UTC +04:00)
İtaliyanın “L`Opinione” qəzetinin internet saytında italyan tədqiqatçı-jurnalist Domeniko Letisiyanın müəllifi olduğu Ermənistandakı hakim kriminal avtoritar rejimin mahiyyətini və Azərbaycana qarşı təcavüz siyasətini ifşa edən “Ermənistanda repressiya: Martirosyan işi” adlı məqalə dərc edilib.
İtaliyanın "L`Opinione" qəzetində Ermənistanın hakim kriminal rejiminin Azərbaycana qarşı təcavüz siyasətini ifşa edən məqalə dərc olunub

Bakı. Trend:

İtaliyanın "L`Opinione" qəzetinin internet saytında italyan tədqiqatçı-jurnalist Domeniko Letisiyanın müəllifi olduğu Ermənistandakı hakim kriminal avtoritar rejimin mahiyyətini və Azərbaycana qarşı təcavüz siyasətini ifşa edən "Ermənistanda repressiya: Martirosyan işi" adlı məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur: "Bir çox beynəlxalq xəbərlər var ki, onlara diqqət azdır, lakin onların təhlili demokratiya ilə bağlı vəziyyəti və digər dövlətlər arasında ərazi mübahisələrini başa düşməkdə yardımçı olur. Ermənistanın "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vahan Martirosyan siyasi repressiyalar və total nəzarət həyata keçirən Serj Sarkisyan hökumətini ifşa edəndən sonra Ermənistandan qaçıb. Martirosyan həbs edilməklə hədələndi, özü və ailəsi fiziki təzyiqlərə məruz qaldı, nəticədə hamilə həyat yoldaşı körpəsini itirdi, Azərbaycandan siyasi sığınacaq almaqla bağlı müraciət etdi və müsbət cavab aldıqdan sonra öz "səyahət"ini üçüncü bir ölkədə davam etdirdi. Dissident və onun ailəsinin işi ilə məşğul olan "Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti" Martirosyanın ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə onların yaşadığı üçüncü ölkəni ictimailəşdirmir. Erməni dissidenti "naməlum" istiqamətə "səyahət"ini başlamamışdan öncə Bakıda mətbuat konfransı keçirərək, Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyulması ilə bağlı sülh mesajı vermiş, beynəlxalq ictimaiyyəti Azərbaycan ərazisi kimi tanınan və erməni işğalı altında olan Dağlıq Qarabağ faciəsini unutmamağa çağırmışdır".

Məqalədə bildirilir ki, Azərbaycanı tərk etdikdən sonra tam müstəqil bir mühitdə müsahibə verən Vahan Martirosyan Ermənistanın hazırkı rəhbərliyini münaqişəni qızışdırmaqda və Ermənistan və Azərbaycan xalqları arasında nifrət hisslərini təşviq etməkdə, beləliklə də erməni xalqı üçün sülh arzu etməməkdə ittiham edib: "Martirosyan səmimi şəkildə bəyan etmişdir: "Ermənistanda yaşayan ermənilər Qarabağ münaqişəsindən yorulublar. İnanın mənə, "Sizə Qarabağ lazımdır" sualı ilə referendum keçirilsə əhalinin 90 faizi buna mənfi cavab verəcək. İnsanlardan soruşun Qarabağ onlara rahatlıq, heç olmasa bir erməni ailəsinə xoşbəxtlik gətiribmi?"

Erməni ordusunu sərt tənqid edən dissident burada "qohumbazlıq və geriliyin" olduğunu bildirib: "Ermənistan ordusunda bütün işlər Baş Qərargah rəisi Yuri Xaçaturovun əlində cəmlənir. O, inanılmaz korrupsiya dairəsi yaradaraq, erməni ordusunu məhv etmişdir. Onun sadəcə kağız üzərində mövcud olan 5 min nəfər müqavilə əsasında heyəti var. Yalnız Xaçaturovun hesabatlarında mövcud olan bu şəxslərin saxlanılması üçün dövlət büdcəsindən vəsait ayrılır".

Məqalədə qeyd olunur ki, bundan əlavə, V.Martirosyan Azərbaycan xalqı ilə münasibətlərindən də danışaraq, azərbaycanlıların erməni xalqına qarşı nifrət bəsləmədiyini bildirib, Azərbaycanın paytaxtı Bakı şəhərinin Fəvvarələr meydanında yerləşən "erməni irsi" olan kilsəyə heç bir xələl yetirilmədiyindən və Azərbaycan dövlətinin mühafizəsi altında olmasından heyran qaldığını qeyd edib: "Martirosyanın Dağlıq Qarabağdakı hazırkı vəziyyətlə bağlı fikirləri də olduqca maraqlıdır. Erməni olmasına baxmayaraq, o, erməni qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasının tərəfdarıdır. Hazırda üçüncü dövlət ərazisində olmasına baxmayaraq, Martirosyan siyasi fəaliyyətini davam etdirəcək. O, yaxın günlərdə xaricdə yaşayan ermənilərin prezident Sarkisyanın təbliğatına qarşı ictimai hərəkat yaradacağını bəyan edib. İctimai hərəkatın məqsədi Ermənistanı hazırda orada mövcud olan qeyri-konstitusion rejimdən xilas etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti