...

ANAMA 9 partlayış yerinə baxış keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2016 23:05 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb
ANAMA 9 partlayış yerinə baxış keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, hesabatda bildirilir:

Tərtər rayonu

Tərtər şəhər - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, 508 kv. m ərazi yoxlanılmış, heç bir PHS aşkar olunmamışdır .

Cəmilli kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, 9 500 kv. m ərazi yoxlanılmışdır.

Əskipara kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, 2 500 kv. m ərazi yoxlanılmışdır.

Şıxarx kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, 430 kv. m ərazi yoxlanılmış, heç bir PHS aşkar olunmamışdır.

Cəmi: Gün ərzində 6 ev və həyətyanı sahədə, 7 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 12 938 kv. m ərazi yoxlanılmışdır.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 408 kv. m

ərazi qəlpələrdən təmizlənmış,

Cəmi: 2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə 408 kv. m ərazi təmizlənmışdir.

14 May tarixində 6 ev və həyətyanı sahədə, 2 otlaq sahəsi daxil olmaqla 9 partlayış yerinə baxış keçirilmiş, gün ərzində 13 346 kv. m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 14 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 480 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdır.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Xəbər lenti

Xəbər lenti