Bakı. Anaxanım Hidayətova – Trend:
Apreldə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hadisələrin eskalasiyasından sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni cəhdlər beynəlxalq ictimaiyyət üçün prioritetə çevrildi.
Bunu Trend-ə Yaxın Şərq üzrə analitik, Vaşinqtonda "Gulf State Analytics"in baş müşaviri Teodor Karasik NATO-nun Varşava sammitində münaqişənin müzakirəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, NATO sammitinədək Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar təşkil edib: "Münaqişə ABŞ və Rusiya rəhbərliyi arasında da müzakirə olunub. Bununla da regional məsələdə maraqların yaxınlaşmasını və münaqişənin həlli prosesində bəzi irəliləyişləri görürük".
Ekspert Azərbaycan və NATO arasında terrorçuluqla mübarizədə əməkdaşlığın vacibliyini də vurğulayb.