Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan ermənilərin Ermitajda Azərbaycanın mədəni irs əşyalarını növbəti dəfə erməni əşyaları kimi təqdim etmək cəhdi barədə məlumatlıdır.
Bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
O bildirib: "Bu barədə məlumatımız var, bu növbəti erməni təxribatıdır. Azərbaycanın Rusiyadakı səfirliyi və ölkənin Sankt-Peterburqdakı baş konsulluğu bu təxribatın qarşısını almaq üçün tədbirlər görür.