...

BMT İnsan Hüquqları Şurasının iclasında Azərbaycan Ermənistanın təcavüzünə diqqət çəkdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2016 17:29 (UTC +04:00)

Bakı. Elmira Tariverdiyeva - Trend:

BMT-nin İnsan Hüquqları Şurası bu gün səhər saatlarında irqçilik, irqi diskriminasiya, ksenofobiya və onlarla bağlı dözümsüzlük məsələləri üzrə ümumi müzakirəni başa çatdırıb.

Trend-in təşkilatın saytına istinadən verdiyi məlumata görə, ümumi müzakirələr sentyabrın 26-da başlayıb.

Müzakirələr zamanı azərbaycanlı spikerlər qeyd ediblər ki, Azərbaycan Qərblə Şərqin kəsişdiyi unikal yerdir.

Çıxış edənlər qeyd ediblər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsi işğal altındadır və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün statusunda qalır.

Azərbaycan tərəfinin nümayəndələri çıxışlarında bildiriblər ki, əgər Ermənistan təcavüzkar siyasətini dayandırmasa, bu ölkə üçün nəticələr vahiməli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti