Nüfuzlu "Opinion" qəzeti "Ermənistan-Azərbaycan Sülh Platforması"ndan yazdı

Nüfuzlu "Opinion" qəzeti "Ermənistan-Azərbaycan Sülh Platforması"ndan yazdı

Bakı. Trend:

İtaliyanın nüfuzlu "Opinion" qəzetində "Ermənistan-Azərbaycan Sülh Platforması" haqqında məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Bakıda 2016-cı ilin noyabrında həm Azərbaycanın, həm də Ermənistanın hüquq müdafiəçilərinin iştirakı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı sülh konfransı təşkil olundu:

"Konfransın əsas məqsədi Azərbaycan və Ermənistan nümayəndələrini gərgin, amma konstruktiv dialoqun təşkil edilməsi üçün "dəyirmi masa" ətrafına toplamaqdan ibarət idi. Konfrans başlamazdan əvvəl erməni nümayəndələri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı dinc sakinlərə qarşı törədilmiş Xocalı soyqırımına görə üzr istəmiş və Azərbaycanın paytaxtı Bakıda Xocalı soyqırımına həsr olunmuş abidəni ziyarət etmişlər. Konfransın nəticəsi kimi beynəlxalq hüququn norma və prinsiplərini və Helsinki Yekun Aktını rəhbər tutaraq “Ermənistan-Azərbaycan Sülh Platforma”sı yaradılmışdır.

Ermənistan tərəfindən Vahe Avetyan (hüquq müdafiəçisi), Vahan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru) və Şəlalə Həsənovanın (“İctimaiyyətlə Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin sədri) imzaladığı bəyanatda deyilir ki, Ermənistan hökuməti işğal faktını dayandırmalı, öz ordusunu geri çəkməli, məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu təmin etməli, habelə Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa Şurasının qətnamələrinə əsaslanaraq Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələr bərpa edilməli və kommunikasıyalar açılmalıdır".

Məqalədə deyilir ki, "Ermənistan-Azərbaycan Sülh Platforması" münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini nəzərdə tutur və bu Platformanın yaranmasının səbəbi 20 ildən də artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərində status-kvonun uzadılmasına cəhd etməsidir. Platforma hər iki ölkədən olan vətəndaş cəmiyyəti institutlarına, qeyri-hökumət təşkilatlarına, elm adamlarına, habelə Platformanın güclənilməsində maraqlı olan bütün ölkələrin vətəndaşlarına açıqdır:

"Ermənistandan bir sıra şəxslar dərhal Platformaya qoşulmuşlar. Platformaya imza atanlar arasında Ukraynada “Avromaydan” hərəkatında iştirakı ilə tanınan erməni aktivisti Aram Karapetyan, Ermənistan Yazıçılar İttifaqının üzvü yazıçı Vaaqn Karapetyan,
gənc siyasi aktivist Aram Virabyan, jurnalist Artyom Avakimov, vətəndaş cəmiyyəti və erməni diasporasının üzvü Anait Sinanyan, vətəndaş cəmiyyətinin üzvü Taçella Arzumanyan, aktivist və jurnalist Lusine Nersisyan və erməni iş adamı Erik Xaçaturov vardır. Erməni aktivistlərin çoxu bildirmişlər ki, “Sarkisyanın kriminal rejimi erməni xalqına Azərbaycanla münaqişəni həll etməyə imkan vermir”. Vahan Martirosyan emosional çıxışı zamanı “Qarabağa görə Ermənistanı itirə bilərik. Çoxlu gənc ölmüşdür və bütün bu cəsədlər Sarkisyanın vicdanındadır” deyə bildirmişdir. Eyni zamanda, diqqəti çəkən məqam Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1998-ci ildə söylədiyi fikrin yenidən dilə gətirilməsi olmuşdur: "Məlumdur ki, Azərbaycanla münaqişə həm Ermənistanda, həm də Qarabağda iqtisadi, sosial, demoqrafik və mənəvi-pxisoloji vəziyyəti pisləşdirib və münaqişənin mərhələli şəkildə, digər məsələlərlə yanaşı, Azərbaycan bölgələrinin işğaldan azad edilməsini nəzərdə tutan həlli yolu vacibdir”.

Məqalədə bildirilir ki, eyni zamanda, İtaliyadan da Platformaya dəstək verilib: “Uşaqları xilas etmək üçün bizə yardım edin" təşkilatı münaqişənin həlli üçün mövcud imkanların olduğunu bəyan edərək öz dəstəyini bildirmişdir. Platformaya ümidlər yüksəkdir və çoxları ümid edir ki, çoxsaylı ermənilərin Platformaya üzv olması qonşu Azərbaycanla sülhün əldə olunması üçün Ermənistan hakimiyyətini konstruktiv danışıqlara başlamağa inandıra bilər. Lakin Ermənistan hakimiyətinin erməni və azərbaycanlı intellektuallara qulaq asmaq istəyində olmaması aydın görünür. Platformaya üzv olan ermənilər ciddi təzyiqlərə məruz qalırlar.

Vahe Avetyan Azərbaycan KİV-lərinə müsahibəsi zamanı bir sıra ictimai hücumlara məruz qaldığını bildirmişdir, Aram Karapetyan, digərləri ilə yanaşı, sosial şəbəkələrdə ölüm təhdidləri almış, Lusine Nersisyan isə həbs edilmişdir. Keçən ilin 29 dekabr tarixində baş verənlər Ermənistan hakimiyyətinin hər hansı bir sülh təşəbbüsünə qarşı çıxmasından xəbər verir. Həmin gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərək təxribatçı addımlar atıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov öldürülmüş və onun cəsədi Ermənistanın ərazisinə aparılmışdır. Ermənistan bütün beynəlxalq qaydalara baxmayaraq, hələ də azərbaycanlı hərbçinin cəsədini qaytarmayıb və sosial şəbəkələrdə cəsədin şəkillərini yaymışdır. Bu son hadisə 2016-cı ilin aprel ayında baş vermiş toqquşmalar vaxtı azərbaycanlı əsgərlərin cəsədlərinə qarşı törədilmiş saysız işgəncələr və onların şəkillərinin Ermənistan tərəfindən KİV-lərdə yerləşdirilməsi və ya bir neçə il əvvəl Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mübariz İbrahimovun cəsədinin Ermənistan ordusu tərəfindən saxlanılması və yalnız cəsədin müxtəlif işgəncələrə məruz qalmasından sonra qaytarılması kimi hadisələrlə uzlaşır".

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb
“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb
“MasterCard” kiçik və orta müəssisələrlə əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanla danışıqlar aparır - Erdem Çakar (ÖZƏL)
“MasterCard” kiçik və orta müəssisələrlə əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanla danışıqlar aparır - Erdem Çakar (ÖZƏL)
ƏDV geri alanlar üçün Bank Respublikadan möhtəşəm kampaniya! (FOTO)
ƏDV geri alanlar üçün Bank Respublikadan möhtəşəm kampaniya! (FOTO)
Loading Bars
Xəbər lenti
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyala həyata keçirilir - Aşqabad zirvəsi
İran Qazaxıstanla birgə iqtisadi əməkdaşlıq komissiyasının tezliklə keçirilməsini istəyir – İran xarici işlər naziri
Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub (FOTO)
Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub - Türkmənistan Prezidenti
İran Pakistanla münasibətləri hərtərəfli şəkildə inkişaf etdirməyə maraqlıdır – Rəisi
Şərq-Qərb nəqliyyat dəhlizi üzərindəki layihələri dəstəkləməyə davam edəcək - Ərdoğan
İranın Tacikistanla münasibətləri var-gücü ilə davam edəcək - İran prezidenti
Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır - Türkiyə Prezidenti
Prezident İlham Əliyev Aşqabadda İƏT XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi naharda iştirak edib
Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir - Ərdoğan
Saatlıda obyektlərin birində pozuntular aşkar edilib
İki hərbi qulluqçumuz Füzulidə minaya düşüb
İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir – İran prezidenti
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib
Soçi görüşü – Azərbaycanın növbəti diplomatik uğuru
Prezident İlham Əliyev: Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa yardımı etmişdir
Prezident İlham Əliyev: 2022-ci ildə azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin salınması üçün ən azı 1,3 milyard ABŞ dolları ayrılacaq
Prezident İlham Əliyev: Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur
Prezident İlham Əliyev: Son 18 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox artmışdır
Prezident İlham Əliyev: Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir (TAM NİTQ)
Prezident İlham Əliyev: Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər
Dünya Yaş Qrupları Yarışlarında kişilər arasında tamblinq üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyev: Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır
Dünyada COVID-19-a yoluxanların sayı 261 milyonu ötüb
Sabahın hava proqnozu açıqlanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final gününə start verilib (FOTO)
Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-4)
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO/VİDEO) (YENİLƏNİB)
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Səttar Möhbalıyev
MDU "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" adlı beynəlxalq konfransa tərəfdaşlıq edib (FOTO)
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Britaniyalı həkimlər "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar
Azərbaycan və İran XİN rəhbərləri arasında görüş baş tutub
Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq
Bitkoin koronavirusun yeni "omikron" ştammı səbəbindən çökdü
Boris Consons bildirib ki, "omikron" ştammına vaksin olunmuşlar da yoluxa bilər
Qırğızıstanda parlament seçkiləri başlayıb
ABŞ-da atışma nəticəsində ölən və yaralılar var
Britaniyada “Arven” qasırğası üç nəfərin həyatına son qoyub
İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
Səudiyyə Ərəbistanı azı bir doza peyvənd qəbul edənlərin ölkəyə girişinə icazə verəcək
Portuqaliyada klub COVID-19 səbəbiylə matça 9 futbolçu ilə çıxıb darmadağın olundu
"Barselona" Xavinin rəhbərliyi altında üç oyunda ikinci qələbəsini qazanıb
Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var
Hindsitanda seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Bakıda qadınlar arasında qoşa mini-batutda tullanma üzrə Dünya Yaş Qrupları yarışlarının qalibləri müəyyənləşib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
Bakıda keçirilən Dünya Yaş Qrupları Yarışlarında batutda sinxron tullanma üzrə finalçılar məlum olub
Qazaxıstanlı idmançı Bakıda akrobatik tullanma üzrə Dünya Yaş Qrupu Yarışlarının qızıl medalını qazanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışlarının üçüncü gününün ən gözəl anları (FOTO)
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb
Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazanıb
Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşmışam - Danimarkalı idmançı
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur
Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)
Soçi görüşünün vacib məqamlarından biri də regionda yolların açılması ilə bağlı qərarlar oldu - TƏHLİL
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azercell sosial şəbəkələrdə yarışma elan edir
“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qranta layiq görülüb (FOTO)
Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru
Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 617 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
Prezident İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında telefon söhbəti olub
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb
Paytaxtda bir neçə tanınmış şadlıq sarayında qanun pozuntuları aşkarlanıb (FOTO/VİDEO)
Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub (FOTO/VİDEO)
Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
İƏT üzv dövlətləri Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılmasına dair qərar qəbul etdi (FOTO)
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb
Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb (FOTO)
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Bütün xəbərlər