...

"International Policy Digest": Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadiyyatına mənfi təsir göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2017 12:02 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib.
"International Policy Digest": Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadiyyatına mənfi təsir göstərir

Trend-i buradan izləyin

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib.

Trend-in məlumatına görə, bunu analitik Fuad Şahbazov “International Policy Digest” jurnalında dərc olunan məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, müharibə nəticəsində kənd təsərrüfatı sahəsində Azərbaycanın 7 minə yaxın müəssisəsinin fəaliyyəti dayanıb. Ermənistan Azərbaycanın meşə massivinin 25 faizini, eləcə də faydalı qazıntılarla zəngin ərazilərini işğal edib.

Birləşmiş Millətlər Təşkilatının qiymətləndirməsinə əsasən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından dəyən iqtisadi ziyan 53,5 milyard dollara yaxındır.

Müəllif yazır ki, bütün iqtisadi problemlərə baxmayaraq 1990-cı illərdə Azərbaycan neft ehtiyatlarından istifadə edərək iqtisadi böhranın öhdəsindən gələ bildi. Eyni zamanda, Ermənistan ciddi sosial-iqtisadi problemlərlə üzləşdi.

İşğal siyasətinin daha bir nəticəsi Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlanması oldu. Bundan sonra Gürcüstan Ermənistanı Rusiya və Avropa ilə bağlayan yeganə nəqliyyat marşrutuna çevrildi ki, bu da Gürcüstandakı iqtisadi qeyri-stabillik səbəbi ilə Ermənistan iqtisadiyyatının daha da zəifləməsinə gətirib çıxardı.

Müəllif vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun bütünlüyünü məhv edib və təbii ehtyatlarla və istehsalat imkanları ilə zəngin region demək olar ki, istifadəsiz qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti