...

İndoneziyalı diplomatlar məcburi köçkünlərlə görüşüblər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Avqust 2017 16:35 (UTC +04:00)
Ferdi Piayın rəhbərlik etdiyi nümayəndə heyəti Masazır qəsəbəsində məcburi köçkünlər üçün yaradılan şəraitlə tanış olub.
İndoneziyalı diplomatlar məcburi köçkünlərlə görüşüblər (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya idarəsinin direktoru Ferdi Piayın rəhbərlik etdiyi nümayəndə heyəti Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin sədr müavini Fuad Hüseynov bildirib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb.

Komitə sədrinin müavini vurğulayıb ki, indiyədək daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində bu cür bütün zəruri sosial-texniki infrastruktura malik 96 müasir tipli qəsəbə salınıb, 250 min nəfər bu qəsəbələrə köçürülüb.

Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində və Zəngilan rayon tarix diyarşünaslıq muzeyində yaradılan şəraitlə tanış olub.

Sonra nümayəndə heyəti Füzuli rayonundan məcburi köçkün Adıgözəlova Xatirə Əli qızının mənzilində olub və ailə ilə söhbət ediblər.

İndoneziyalı qonaqlar söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruriliyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti