...

"Müsəlman ermənilər". Regionda geosiyasi oyunların yeni iştirakçıları" kitabının təqdimatı olub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2017 13:48 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Müsəlman ermənilər". Regionda geosiyasi oyunların yeni iştirakçıları" kitabının təqdimat mərasimi keçirilib.
"Müsəlman ermənilər". Regionda geosiyasi oyunların yeni iştirakçıları" kitabının təqdimatı olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Müsəlman ermənilər". Regionda geosiyasi oyunların yeni iştirakçıları" kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, SAM-ın Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistanın Azərbaycana, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma "erməni soyqırımı" tələblərində, fövqəlgüclərin regiondakı geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və "erməni" kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən, "Kimliyə qayıdış" və "Qarabağa dönüş" planlarından bəhs olunur.

Tədbiri SAM-ın direktoru Fərhad Məmmədov giriş sözü ilə açıb. Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Milli Məclisin üzvü, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı, elmi rəyçilərindən tarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva və müəllif – Araz Qurbanov tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunub, əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistanın və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəldilmiş təhdidlər barədə məlumat verib, onların neytrallaşdırılmasında düzgün və məqsədyönlü təbliğat işinin əhəmiyyətini vurğulayıblar.

Təqdimat mərasimində Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, Milli Məclisin üzvləri, alimlər, siyasi və hərbi ekspertlər, hüquq-mühafizə orqanları və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak ediblər.

Təqdimat mərasimində digər çıxışlar da səsləndirilib, iştirakçıların arzu və tövsiyələri dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti