Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN rəhbəri Zoqrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Trend-in məlumatına görə, bunu Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Artyon Kojin bildirib.
Onun sözlərinə görə, tərəflər səfər çərçivəsində həmçinin ikitərəfli münasibətləri də müzakirə edəcəklər. Müzakirələr Mnatsakanyanın Moskvaya səfəri çərçivəsində baş tutacaq.