...

Ukrayna vətəndaşı Konstantin Andriyukun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2019 18:19 (UTC +04:00)
K.Andriyuk gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini vurğulayıb.
Ukrayna vətəndaşı Konstantin Andriyukun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Bakı. Trend:

Ukrayna vətəndaşı Konstantin Andriyuk Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bildirən K.Andriyuk gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini vurğulayıb.

Eyni zamanda, o, gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti