...

BQXK: Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4500 nəfərdən artıq insan itkin düşüb, onların 80 faizi hərbçidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2019 12:41 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4500 nəfərdən artıq insan itkin düşüb.
BQXK: Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4500 nəfərdən artıq insan itkin düşüb, onların 80 faizi hərbçidir

Bakı. Samir Əli - Trend:

Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4500 nəfərdən artıq insan itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyində keçirilən tədbirdə məlumat verilib.

Qeyd edilib ki, itkin düşənlər münaqişə tərəflərindən olan müxtəlif vətəndaşlığı olan şəxslərdir. Həmin şəxslərin 3800 nəfəri BQXK-nin Bakı nümayəndəliyi, qalanları isə Yerevan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydiyyata alınıb.

Tədbirdə bildirilib ki, itkin düşənlərin 80 faizi hərbçilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti