...

Nəcəf mərcəiyyətindən Azərbaycanın Qarabağ mücadiləsinə böyük dəstək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2020 15:05 (UTC +04:00)
Nəcəf mərcəiyyətindən Azərbaycanın Qarabağ mücadiləsinə böyük dəstək

Bakı. Trend:

İslam aləminin ən böyük elmi-dini mərkəzlərindən olan Nəcəf Dini Mərkəzinin 4 böyük Mərceyi Təqlidinidən biri Ayətullah əl-Uzma Seyyid Səid əl-Həkim Azərbaycanın Qarabağda apardığı azadlıq mübarizəsini dəstəkləyən bəyanatla çıxış edib.

Bəyanatda Nəcəf Dini Mərkəzi rəhbərliyinin Azərbaycanın cənub-qərbində baş verən hadısələrdən narahatlığı ifadə edilərək, itkilər xüsusilə dinc vətəndaşların həlak olması ilə əlaqədar olaraq başsağlığı verilir. Bəyanatda münaqişə ilə bağlı BMT TŞ-nin müvafiq qətnamələrininn icra edilməsinin vacibliyi vurulanır, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa edilməsinə dəstək ifadə olunur.

Həmçinin bəyanatda Mərciyyətin bütün məcburi köçkünlərin öz yurdlarına ləyaqətli şəkildə qayıtmasını təmin edən, ədalətli sülhün bölgə və dünyada bərqərar edilməsi üçün dua etdiyi bildirilir.

Qeyd edək ki, Nəcəf Elmi Mərkəzi İslam dünyasının ən qədim və nüfuzlu elmi-dini mərkəzlərindən biridir. Böyük mərceyi təqlid sayılan Ayətullah əl-Uzma Seyyid Səid əl-Həkim hazırda böyük islam alimi, Mərcəyi Əla olan Ayətullah əl-Uzma Seyyid Əli Sistaninin rəhbərlik etdiyi Nəcəf Elmi Mərkəzinin 4 əsas üləmasından biridir və adətən Mərkəzin beynəxlaq mövzulara münasibətini o ifadə edir.

1000 ildən çox yaşı olan Nəcəf Hövzəsi sırf dini-elmi mərkəz olmasını və bir qayda olaraq nadir hallarda siyasi məsələlərə münasibət bildirdiyini nəzərə alaraq Mərkəzin Azərbaycanla əlaqədar bəyanatının Nəcəf Məfrkəzinin Azərbaycan xalqının Qarabağ uğrunda mübarizəsinə verdiyi xüsusi əhəmiyyətin göstəricisidir.

Xəbər lenti

Xəbər lenti