...

Vladimir Solovyov kompüter oyununun kadrlarını Qarabağdakı döyüşlər kimi təqdim etdi (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2020 11:11 (UTC +04:00)

Bakı. Trend:

Rusiyalı teleaparıcı və təbliğatçı Vladimir Solovyov "Tam təmas" verilişində rüsvay olub.

Trend-in məlumatına görə, aparıcı efir zamanı "Arma" kompüter oyununun kadrlarını Dağlıq Qarabağdakı müharibə ilə səhv salıb.

Verilişin gedişində V.Solovyov Dağlıq Qarabağda hərbi əməliyyatların əks olunduğu videoçarx nümayiş etdirib.

Amma "Twitter" sosial şəbəkəsində diqqətli izləyicilər bu videoçarxın orijinalını aşkar edib.

Məlum olub ki, bu video kompüter oyunlarının icmalını hazırlayan çinli bloger tərəfindən hazırlanıb. V.Solovyovun Dağlıq Qarabağdakı vəziyyət kimi təqdim etdiyi və "ulduz müharibələri" adlandırdığı kadrlar "Arma" oyununun icmalı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti