...

Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin sayını açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2020 15:01 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan hökuməti oktyabrın 28-də Dağlıq Qarabağ münaqişəsində ölən hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bugünkü siyahıda 59 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 1 068 nəfərə çatıb.

Bir çox ekspertİN rəyinə əsasən, Dağlıq Qarabağda zərərsizləşdirilmiş erməni hərbçilərinin sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti