...

AZƏRBAYCAN PREZİDENTİ İLƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ ARASINDA TƏKTƏBƏK GÖRÜŞ BAŞLAYIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2005 12:19 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb. Trend in məlumatına görə, görüş başlamazdan əvvəl prezidentin İcra Aparatının qarşısında rəsmi qarşılanma mərasimi keçirilib. Mərasim zamanı Azərbaycan və Türkiyənin himləri səsləndirilib və hər iki hökumətin nümayəndə heyətlərinin tərkibi təqdim olunub.

Təkbətək görüşdən sonra hər iki hökumətin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başlanacaq. Danışıqlar başa çatdıqdan sonra ikitərəfli sənədlərin imzalanması mərasimi və İ.Əliyevlə R.T.Ərdoğanının birgə brifinqi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti