...

ERMƏNİSTAN İRANA DƏMİR YOLU ÇƏKMƏK NİYYƏTİNDƏDİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2005 15:32 (UTC +04:00)

(PanARMENIAN.Net) Ermənistan hökuməti Ermənistanla İranı birbaşa birləşdirən yeni dəmir yolu layihəsi işləyib-hazırlayır. Trend bildirir ki. Bu barədə Ermənistanın nəqliyyat və rabitə nazirliyi beynəlxalq əlaqələr departamentinin əməkdaşı Artur Sarkisyan Rusiya TSP-də BMT-nin iqtisadi və sosial komissiyasının Asiya və Sakit okean ölkələri üzrə keçirdiyi üçgünlük konfransda bəyan edib.Forumda 10 ölkənin, o cümlədən Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyədən olan nümayəndələr iştirak edirdi.

Forumun gündəliyinin başlığa mövzularından biri "Şimal-Cənub" beynəlxalq dəhlizinin inkişafı olub.Bu mövzunun müzakirəsi çərçivəsində Azərbaycan və Türkiyə ərazisindən keçərək Ermənistanla İranı birbaşa birləşdirən yeni dəmir yolu çəkilməsi imkanına toxunulub.

Magistralın Ermənistanın Sünik vilayətindən İranın Şərqi Azərbaycan əyalətinə çəkilməsinin məqsədəuyğunluğu barədə ekspertlər və siyasətçilər çoxdan danışır. İndi layihənin TİƏ -nin rşlənib-hazırlanması üzərində iş davam etdirilir.Ermənistan bu məsələdə beynəlxalq cəmiyyətin dəstəyinə bel bağlayır.

Ekspertlərin fikrincə, Ermənistan üçün bu yol strateji əhəmiyyət kəsb edir, belə ki, magistraldan kiçik bir qolun şərqə ayrılması Dağlıq Qarabağla dəmir yolu əlaqəsini təmin edir.

Xəbər lenti

Xəbər lenti