...

Araz Əzimov: Bakı Ermənistanın işğal olunmuş ərazilərdə yaşayış məntəqələri və tarixi abidələri dağıtması siyasətinin qarşısını almağa hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2006 18:33 (UTC +04:00)

Rəsmi Bakı işğal olunmuş ərazilərdə yaşayış məntəqələri və tarixi abidələrin dağıdılması, eləcə də demoqrafiq vəziyyətin dəyişdirilməsi üzrə Ermənistan siyasətinin qarşısını almağa həmişə hazırdır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyunun 9-da Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib.

O xatırladıb ki, rəsmi Bakının beynəlxalq səhnədə atdığı fəal addımları sayəsində Ermənistanın işğal olunmuş ərazilərin məskunlaşdırılması siyasətinin qarşısı müəyyən qədər alınıb. "Azərbaycan ATƏT-in faktaraşdırıcı missiyasının regiona göndərilməsinə və həmin missiyanın hesabatının BMT-də yayılmasına nail oldu" - deyə A.Əzimov vurğulayıb. O deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu məsələdə mövqeyi prinsipaldır.

"2005-ci ildə ATƏT-in missiyasının səfəri ərəfəsində Azərbaycan tərəfi lazımi sənədlər topladı ki, bunlar da beynəlxalq təşkilatların nəzərəinə çatdırıldı" - deyə o qeyd edib. Nazir müavinin sözlərinə görə, bu istiqamətdə iş davam edir.

Yerli telekanalların birində Azərbacyanın işğal olunmuş ərazilərindəki yanğınlar haqqında nümayiş etdirilmiş kadrlara gəldikdə, A.Əzimov deyib ki, bu məsələ ətraflı öyrənilir və yaşayış məntəqələri və ya floranın məhv edilmə faktları təsdiqləndiyi təqdirdə, Azərbaycan bunu yüksək səviyyədə, o cümlədən, BMT-də qaldıracaq.

"Əvvəl müəyyənlənşdirmək lazımdır ki, bu yanğınlar planlı siyasətin, yoxsa iqlim şəraitinin nəticəsidir. Yalnız bundan sonra hər hansı bir mövqe nümayiş etdirmək olar" - deyə nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti