...

Böyük Britaniyada Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş internet-sayt fəaliyyət göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Avqust 2006 14:02 (UTC +04:00)

Böyük Britaniyada Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş internet-sayt ( Trend ə verdiyi müsahibəsində bildirib.

Saytda Ermənistan -Azərbaycan münaqişəsi, Qarabağın tarixi, onun görkəmli şəxsiyyətləri haqqında tam məlumat, çoxlu fotoşəkil və video var. Burada əsas diqqət ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi yanğınlara, Qarabağda Azərbaycanın tarixi-mədəni və dini abidələrinin kütləvi dağıntısı və bir çox hallara yönəldiləcək.

"Demək lazımdır ki, erməni lobbisi yüzdən ildən çoxdur ki, orada işləyir və yaşayır. O, hələ ki, Azərbaycan lobbisindən güclüdür, lakin son 10-15 il ərzində biz britaniyalıların Azərbaycan haqqında rəyinin yaxşı tərəfə dəyişdiyini görürük. Biz indi bir çox məsələlərdə erməniləri qabaqlamaq, Qarabağ haqqında həqiqəti çatdırmaq istəyirik. Və mən düşünürəm ki, biz bu istiqamətdə ermənilərə qalib gəlmişik, çünki britaniyalıların çoxu Qarabağın kimə məxsus olduğunu bilir. Lakin Ermənistanı tanıyan britaniyalılar da var. Amma həm Ermənistanı, həm də Azərbaycanı tanıyan britaniyalılar həqiqəti bildiklərinə görə, ən çox bizim tərəfimizdədirlər. Biz işləyirik və gələcəkdə daha da güclü olacağıq. Bizim silahımız - məlumatdır", - deyə T.Heydərov bildirib və əlavə edib ki, London-Azərbaycan cəmiyyəti və Azərbaycan-Britaniya gənclər təşkilatı tərəfindən Azərbaycanın siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə və tarixinə həsr olnmuş "Visions of Azerbaijan in Britain" jurnalı buraxılır.

T.Heydərov Britaniya-Azərbaycan münasibətlərinin bütün səviyyələrindən razı qaldığını bildirib və əlavə edib ki, Britaniya höküməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti