Oktyabrın 29-da Ermənistan ordusu Azərbaycanla cəbhə xəttində atəşkəsi təkrar pozub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin bəlmələri saat 18.00-dan 18.25-dək Tovuz rayonunun Qaralar kəndinin 2 kilometr şimal-qərbində yerləşən məvqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisindəki üzbəüz məvqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.