...

Dağlıq Qarabağ terrorizmin inkişaf nöqtələrindən biridir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2006 14:18 (UTC +04:00)

"Qara dəniz regionundakı mövcud münaqişələr ölkələr arasında əməkdaşlıq yaratmağa və iqtisadi inkişafa mənfi təsir göstərir". Trend in xəbər verdiyi kimi, bu barədə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası sədrinin müavini Asəf Hacıyev bəyan edib.

O qeyd edib ki, Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın problemi deyil. Bu, bütün region və hətta dünya üçün təhlükədir. Bu ərazilər nəzarətdən çıxıb və burada terrorçuluq, insan alveri, narkobiznes inkişaf edir. A.Hacıyev əlavə edib ki, bütün dünya terrorçuluqla mübarizəyə qalxıb və Qarabağ belə nöqtələrdən biridir.

Azərbaycan Parlamentinin nümayəndəsi əmindir ki, QİƏT PA ölkələri də bu məsələ ilə bağlı öz fikrini bildirməlidir.

Xəbər lenti

Xəbər lenti