...

Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi: Aİ Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı intensiv danışıqlar prosesinin davam edəcəyinə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2006 12:39 (UTC +04:00)

"Novosti-Armeniya" agentliyinə istinadən Trend xəbər verir ki, Aİ Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı intensiv daşışıqlar prosesinin davam edəcəyinə ümid edir. Bu barədə Arkadi Quqasyanla danışıqları başa vurduqdan sonra bazar günü Yerevanda Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi Ermənistan prezidentinin parlament seçkilərinə qədər ölkədə aktiv danışıqlar prosesinin olmayacağı ilə bağlı bəyanatına münasibət bildirərkən jurnalislərə söyləyib.

P.Semnebi: "Mən Ermənistan prezidentinin sözlərini şərh etmək istəmirəm, lakin mən Aİ-nin və beynəlxalq ictimaiyyətin son bir neçə həftə ərzində müşahidə edilən danışıqlar prosesinin intensivliyinin davam etdiriləcəyinə ümidini çatdırmaq istəiyrəm".

Gümə günü axşam Ermənistan prezidenti Robrert Köçəryan erməni telekanallarına müsahibəsində bildirib ki, Ermənistan Milli Məclisinə seçkilər keçirilənə qədər Qarabağ problemi ilə bağlı aktiv danışıqlar prosesi olmayacaq.

Prezident bildirib: "Ermənistanda elə adamlar var ki, Qarabağ probleminin tənzimlənməsi məsələsindən özü üçün istifadəyə imkan verəcək danışıqlar prosesinin nə vaxt başlayacağını səbirsizliklə gözləyirlər. Hətta elə adamlar var ki, özlərini saxlaya bilmir və müxtəlif görüşlər zamanı birbaşa elan edirlər ki, Qarabağ məsələsi ilə bağlı prezident Köçəryan hansısa güzəştlərə getməyə məcbur olacaq və onlar da bundan təbliğat kampaniyasında istifadə edəcəklər".

Prezident vurğulayıb: "Həmin adamları məyus edəcəm - parlamentə seçkilər keçirilənə qədər aktiv danışıqlar prosesi olmaycaq". O həmçinin əlavə edib ki, danışıqlar davam etdiriləcək. "Yalnız aktiv danışıqlar prosesi olmayacaq" - deyə o izah edib.

Xəbər lenti

Xəbər lenti