...

Rumıniya Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2006 14:00 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Rumıniyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə Rumıniyanın rəsmi şəxsləri bildirib ki, Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır. Bu barədə eksklüziv olaraq Azərbaycanın Rumıniyadakı səfirliyinin məsləhətçisi Tural Rzayev səfəri şərh edərkən bildirib.

Diplomat vurğulayıb: "Rəsmi Buxarest dəfələrlə bəyan edib ki, bu prinsiplər Rumıniya üçün müqəddəsdir". Bu bəyanatlar Rumıniya parlamentinin sədri Nikolay Vekeroyun dəvəti ilə Rumıniyada səfərdə olan Azərbaycan parlamentinin sədri ilə keçirilən danışıqlarda da səsləndirilib. Görüş zamanı Rumıniya parlamenti başçısı ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməsi, regionda iqtisadi və bütün sahələrdə ikitərəfli əməkdaşlığı dəstəkləməsi ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Diplomat qeyd edib ki, rəsmi Buxarest Rumıniyanın Avropa qitəsində Azərbaycanın sədaqətli tərəfdaşı olduğunu bir daha nümayiş etdirib.

T.Rzayev bildirib ki, səfər çərçivəsində Azərbaycan Milli Məclisinin sədri deputatlar palatasının sədri Boqdan Olbdanu, Senat sədrinin müavini Aleksandr Pereş, hökumətin birinci baş naziri Marko Bela və Rumıniya-Azərbaycan parlament dostluq komissiyasının deputatları ilə görüşüb.

Elə həmin gün Azərbaycan parlament nümaynədə heyəti Azərbaycanın eks-prezidenti Heydər Əliyevin Buxarestdəki abidəsi önünə əklil qoyub, axşam Azərbaycan parlamenti sədrinin şərəfinə Nikolay Vekeroyun adından ziyafət verilib.

Spikerin səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti